Futbolçu təpiklə Zidanın ağzına vurdu - VİDEO

14:08 - 17 Fevral 2020 - Xəbər

Ötən gecə futbol üzrə İspaniya La Liqasında keçirilən “Real” (Madrid) – “Selta” oyununda (2:2) kuryoz hadisə qeydə alınıb.

Qonaqların futbolçusu Cozef Aydu topun yan xətdən çıxmasına mane olmaq istəyərkən istəmədən təpiklə “Real”ın baş məşqçsi Zinəddin Zidanın ağzına zərbə endirib. Fransalı mütəxəssis yerə yıxılıb. Dərhal Zidanın ayağa qalxmasına kömək edən futbolçu ondan üzr istəyib. Futbolçu və baş məşqçi epizod nəticəsində xəsarət almayıb./oxu.az

Xəbər xətti