Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək

13:16 - 17 Fevral 2020 - Mədəniyyət

Azərbaycan Dövlət Film Fondunda, görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. Qurum sözçüsü bildirb ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşacaq.

Tədbir çərçivəsində Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və təbliğində müstəsna xidmətlərindən danışılacaq, onun hazırladığı və aparıcıllıq etdiyi verilişlərindən kadrlar nümayiş olunacaq və foto sərgi təqdim ediləcək.

Tədbir fevralın 18-də, saat 17:00 -da Dövlət Film Fondunda keçiriləcək.


Xəbər xətti