İtaliyada baş məşqçi futbolçusunu vurub - Video

İtaliya futbolunda qeyri-adi hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, “Qrosseto” klubunun baş məşqçisi Lamberto Maqrini öz futbolçusunu vurub.

D seriyasının XXIV turunda “Monterosi” ilə ev oyununun 75-ci dəqiqəsində dəyişikliyə əl atan çalışdırıcı əvəzlədiyi Rikkardo Kretellu ilə mübahisə yaşayıb. Çalışdırıcı əvəzlənməsindən narazı qalan futbolçunun başına sillə vurub. Bu üzdən baş hakim qırmızı vərəqə göstərərək Maqrinini texniki zonadan uzaqlaşdırıb.

Qeyd edək ki, qarşılaşmada 1:0 hesablı qələbə qazanan “Qrosseto” hazırda D seriyasının E qrupuna başçılıq edir.

Tarix
17 Fevral 2020 [11:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-17 11:00:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin