İmişlidə ağır qəza - bir nəfər ölüb, 2 nəfər xəsarət alıb

21:32 - 14 Fevral 2020 - HADİSƏ

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə İmişli rayonunun Şahverdili kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində Bəhramtəpə qəsəbə sakini, 1974-cü il təvəllüdlü Həsənov Nizami Məhərrəm oğlu dünyasını dəyişib. Avtomobildə olan 14 yaşlı Məhəmməd adlı yeniyetmə ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib. Digər sərnişin 1996-cı il təvəllüdlü Məmmədov İbrahim Etibar oğlu yüngül xəsarət alaraq İmişli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti