Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə ağır qəza - <font color=red><b> bir nəfər ölüb, 2 nəfər xəsarət alıb</b></font>

21:32 - 14 Fevral 2020 tarixində dərc olunub.

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə İmişli rayonunun Şahverdili kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində Bəhramtəpə qəsəbə sakini, 1974-cü il təvəllüdlü Həsənov Nizami Məhərrəm oğlu dünyasını dəyişib. Avtomobildə olan 14 yaşlı Məhəmməd adlı yeniyetmə ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib. Digər sərnişin 1996-cı il təvəllüdlü Məmmədov İbrahim Etibar oğlu yüngül xəsarət alaraq İmişli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Apa

Müəllif: