ABŞ tariflərdən ayda təxminən 50 milyard dollar gəlir əldə etməyə doğru irəliləyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Lutnik bildirib.
"Keçən ay ümumi 30 milyard dollardan bir qədər çox olub. Gecə yarısından etibarən tariflər artırılıb. İnanıram ki, biz ayda 50 milyard dollar tarif gəlirinə doğru irəliləyirik", o, Fox Business-ə müsahibəsində deyib.