Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında qadın qatar xəttinin üzərinə düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə APA-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, bu səbəbdən qatarların hərəkətində 10 dəqiqəlik fasilə yaranıb.
B. Məmmədov qeyd edib ki, qadın aidiyyəti üzrə təhvil verilib, onun şəxsiyyəti və hadisənin səbəbi araşdırılır.