Rəqsanə əri ilə klipə çəkildi - Video

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla birgə kamera qarşısına keçib.

“Qafqazinfo” xəbər verir ki, “Həyatıma xoş gəldin” adlı klipinin görüntülərini sosial şəbəkədə paylaşan Rəqsanə 14 fevral tarixinin onun üçün özəl olduğunu bildirib. Belə ki, bu gün həm sənətçinin nikah bağladığı, həm də sevgililər günüdür.

“Həyatıma xoş gəldin... İlk dəfə bu sözü sənə 8 il öncə dedim. Bu ekran işi bizim sevgi hekayəmizin başlanğıcından bəhs edir. Hər zaman sizinlə kədərimi, dərdimi bölüşdüyüm kimi bu gün xoş və xoşbəxt günümü paylaşıram. Çox həyəcanlıyam. Həm yeni ifamın, klipin həyəcanı var, həm də bu tarixin sevinci və sevincdən doğan göz yaşları... Arzu edirəm ki, hər zaman sevin və sevilin, ətrafınızda sizə dəyər verən insanlar olsun”, - deyə Rəqsanə qeyd edib.

Tarix
14 Fevral 2020 [11:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-14 11:20:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin