“Virus daşıyıcısı olan uşaqlar bağçaya, məktəbə gəlməsinlər” - Baş pediatrdan MÜRACİƏT

Son günlər Çin başda olmaqla, bir neçə ölkəni saran koronavirus təhlükəsi hər kəsdə narahatlıq hissi yaradır. Balaca uşaqlarda immunitet həssaslığını nəzərə alsaq, bu və digər viruslara yoluxma halının daha yüksək olduğu qaçılmazdır.

Maraqlıdır, viruslara yoluxan uşaqlara qarşı hansı tədbirlər görülməlidir? Belə uşaqların təhsil müəssisələrinə getməsi doğrudur?
Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev xəstə uşaqların bağçaya, məktəbə, universitetlərə getməsinin yolverilməz olduğunu bildirir:
“Bütün digər viruslara qarşı olan tədbirlər koronaviruslara qarşı da keçərlidir. Uşaqda hər hansısa virus müşahidə olunursa, mütləq həkimə müraciət etməlidir. Əgər xəstəlik yüngüldürsə, uşaq ev şəraitində sahə həkiminin nəzarəti altında müalicə olunmalı, ağır vəziyyətdə olarsa, xəstəxanada müalicə davam etdirməlidir. Ümumiyyətlə, uşaqlar qoruyucu maskalardan istifadə etsə yaxşı olar. Çünki böyük toplumun içərisində bir nəfər mütləq ki, hansısa virusun daşıyıcısıdır”.

Baş pediatr Nəsib Quliyev virus daşıyıcısı olan uşağın dərsə gələcəyi təqdirdə ətrafa milyonlarla virus buraxa bildiyini deyir:
“Dəfələrlə bildirmişik ki, virus daşıyıcısı olan uşaqlar bağçaya, məktəbə gəlməsinlər. Uşaqda hər hansısa virus müşahidə olunursa, onu təhsil müəssisəinə yox, xəstəxanaya aparmaq lazımdır. Bizdə çox təəssüf ki, valideynlərin çoxu bu məsələyə etinasız yanaşır. Hələ 40 günlük olan uşağı qripdir deyə bizim yanımza müayinəyə gətirən valideynlər var. Səbəb kimi də göstərirlər ki, evə qonaq gəlmişdi, ondan virus keçib. Belə diqqətsizlik, layqeydlik olar? Uşaqlara qarşı diqqətli olmaq lazımdır. Onlarda xəstəliyin əlaməti olan kimi məktəb və ya bağçaya getməyə icazə vermək olmaz. Bir xəstə uşaq 10 sağlam uşağı virusa yoluxdura bilir. Düzünü desək, dövlət tərəfindən tibb müəssisələrində tibb işçiləri tərəfindən lazımi işlər aparılır, amma evdə valideynlər lazımi qaydalara əməl etmirlər”.

Tarix
29 Yanvar 2020 [12:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-29 12:42:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin