AŞPA-ya yeni prezident seçilib

15:28 - 27 Yanvar 2020 - DÜNYA

Belçikalı senator Hendrik Daems iki il müddətinə AŞPA-nın yeni prezidenti seçilib.

“Report” xəbər verir ki, o, bu vəzifədə isveçrəli deputat Liliane Maury Pasquieri əvəzləyib. AŞPA prezidenti iki il müddətinə seçilir.

Qeyd edək ki, AŞPA prezidentliyinə növbəti seçkilər 2022-ci ilin yanvar ayında baş tutacaq. Bu zaman AŞPA prezidenti Avropa Xalq Partiyasından seçiləcək.

Xəbər xətti