Gəncədə gözəlik salonu yanır

09:42 - 27 Yanvar 2020 - HADİSƏ

Gəncə şəhərində gözəllik salonu yanır.

Yanğın Gəncə şəhər Nizami Gəncəvi prospekti ərazisində, Zabitlər evinin yaxnlığında yerləşən gözəllik salonlarının birində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Hadisə zamanı xəsarət alan olub-olmadığı barədə hələ ki, məlumat yoxdur.

Yanğının baş vermə səbəbləri araşdırılır./report

Xəbər xətti