Mingəçevirdə zəlzələ qeydə alınıb

09:30 - 27 Yanvar 2020 - Xəbər

Yanvarın 27-də Mingəçevir şəhəri ərazisində maqnitudası 3.4 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05:35-də Mingəçevir stansiyasindan 10 kilometr şimal-qərbdə qeydə alınıb.

Yeraltı təkanların ocağı 28 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb./trend

 

Xəbər xətti