Məktəblilərin qış tətili başlayıb

08:30 - 27 Yanvar 2020 - Xəbər

Bu gündən ümumi təhsil müəssisələrində qış tətili başlayıb. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beş günlük tədris həftəsi ilə işləyən  məktəblərdə isə fevralın 3-ü dərs günüdür. 

Xəbər xətti