İrandan Azərbaycana heroin keçirilməsinin qarşısı alınıb

12:51 - 25 Yanvar 2020 - Xəbər

Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onunla şifahi sorğu-sual aparılıb.


“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, vətəndaş üzərində qadağan olunmuş predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olmadığını bildirib. Bundan sonra onun üzərində aparılan şəxsi yoxlama zamanı həkim müayinəsinə zərurət yarandığından vətəndaş müşayiət altında Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəxanada rentgen müayinəsindən keçirilən vətəndaşın daxili orqanı - düz bağırsağından gömrük nəzarətindən gizlədilmiş 1 ədəd selofan bükümdə 112 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti