Meksikada naməlum şəxslər otelə hücum edib, 9 nəfər öldürülüb

11:21 - 25 Yanvar 2020 - DÜNYA

Meksikada naməlum şəxslərin otelə hücumu nəticəsində 9 nəfər öldürülüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Meksikanın Quanaxuato ştatında yerləşən "San Fernando" otelində baş verib.

Yerli mətbuatın verdiyi xəbərə görə, silahlı şəxslər avtomobilə minərək hadisə yerindən qaçıblar.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Xəbər xətti