İstanbulda 6 gəmi yandı - Foto

09:58 - 25 Yanvar 2020 - Xəbər

İstanbulda 6 gəmidə güclü yanğın baş verib.

“Qafqazinfo”“milliyet”ə istinadən xəbər verir ki, hadisə Kartal rayonunun Draqos sahilində qeydə alınıb. Məlumata görə, gəmilərdən birində başlayan yanğın yanındakı digər gəmilərə də keçib. Yanğını söndürməyə çalışan bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.


Xəbər xətti