NASA: Yerə diametri 1 km olan asteroid yaxınlaşır

Yerə nömrəsi 163373 olan nəhəng asteroid yaxınlaşır.

“Report” xəbər verir ki, məlumatı NASA Tədqiqatlar Mərkəzi yayıb. Asteroidin diametri 400 metrdən 990 metrə qədərdir. Bildirilib ki, 15 fevralda bu kosmik obyekt dünyaya maksimal yaxınlıqdan ötüb keçəcək Lakin NASA bəyan edib ki, asteroid Yer üçün təhlükə törətməyəcək. 163373 nömrəli asteroid “Apollonlar” qrupuna aiddir və 23 oktyabr 1995-ci ildə kəşf edilib. Növbəti dəfə bu asteroid 2075-ci ildə Yer kürəsinin yaxınlığından keçəcək. 

Tarix
25 Yanvar 2020 [09:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-25 09:16:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin