DİN Sabirabadda vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxs barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi “Kanal13” internet televiziyasının “Youtube” sosial şəbəkəsindəki səhifəsində Sabirabad rayon sakini olan bir qrup şəxsin özünü rayondakı mühafizə xidmətinin rəisi kimi təqdim etmiş Baba Qədirov tərəfindən işə düzəldiləcəkləri adı ilə onlardan pul alması barədə paylaşılan görüntülərə münasibət bildirib. 

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, hələ keçən ilin noyabr ayında qeyd olunan məsələ ilə bağlı Sabirabad rayonundan olan bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət edib: "Dərhal məsələ araşdırılmış və təsdiqini tapıb. Odur ki, 25.11.2019-cu iltarixdə DİN BMCMİ-də Baba Qədirov və qeyriləri barəsində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. Bundan 2 gün sonra B.Qədirov CM-nin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Baba Qədirovun əməllərindən zərərçəkmiş digər şəxslərin də nəzərinə çatdırırıq ki, bu barədə BMCMİ-yə və ya Sabirabad RPŞ-yə müraciət edə bilərlər".

Tarix
24 Yanvar 2020 [10:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-24 10:20:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin