Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub

18:41 - 23 Yanvar 2020 - HADİSƏ

Tovuz rayonunda 3 nəfəri iş vaxtı elektrik cərəyanı vurub.

Onlar ağır vəziyyətdə xəstəxanaya aparılıb. Onların Tovuz rayon sakinləri - 1975-ci il təvəllüdlü Suliddin Abdullayev, 1980-ci il təvəllüdlü Ayət Abduləzizov və Nihad Xudayi olduğu qeyd olunub. Yaralıların Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə göndərilməsi planlaşdırılır.

Onların Türkiyənin “Polad Yol Yapı” şirkətinin işçiləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti