Azərbaycanda evdən qaçan ana ilə bağlı ŞOK TƏFƏRRÜAT: Qırmancla döyülüb, ...

Xızı rayonu ərazisində ana və üç övladının itkin düşməsinin bəzi detalları üzə çıxıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Oxu.Az-a açıqlamasında bildirib ki, qadın əri tərəfindən qırmancla döyülüb:
“Dünən Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qadının izahatı alınıb və gecə uşaqları ilə birlikdə sığınacağa gətirilib. Hələlik uşaqlarla iş aparmamışıq. Vəziyyətləri yaxşıdır, uşaqlarla oynayırlar. Həyat yoldaşı qadını qırmancla döyüb. Qırmancı onun bədənində qırıb. İndi əri deyir ki, Əfsanənin də səhvi olub, mənim də səhvim olub, amma barışmaq istəyitəm. Burada qadına qarşı böyük bir şiddət var”.

K.Ağazadə qeyd edib ki, məsələ barədə araşdırma aparılır:
“Həyat yoldaşı Əfsanə ilə barışmaq istəyir, amma o, razılaşmır Çalışacağıq ki, münaqişələr aradan qaldırılsın. Onların uşaqları da təhsildən kənarda qalıb. Onlardan birinin doqquz, o birinin səkkiz, digərinin isə bir yaşı var. İki uşağın yaşı çatsa da, məktəbə getməyiblər”.

Qeyd edək ki, Xızı rayonunda ana və üç övladı itkin düşmüşdü. Qadının həyat yoldaşı İsayev Səxavət hüquq-mühafizə orqanlarına məlumat verərək, 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının doqquz yaşlı qızı Nurcanı, səkkiz yaşlı oğlu Nurlanı və bir yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmaması barədə məlumat vermişdi. 

Tarix
22 Yanvar 2020 [17:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-22 17:19:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin