"Toyota" 3 milyondan çox avtomobili geri çağırır

12:26 - 22 Yanvar 2020 - Xəbər

Yaponiyanın avtomobil istehsalçısı “Toyota” 2,9 milyon ədədi ABŞ-dan olmaqla dünya üzrə 3,4 milyon nəqliyyat vasitəsini geri çağırır.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.  Məlumata görə, şirkətin qərarı avtomobillərin hava yastıqlarındakı problemlərlə bağlıdır. Söhbət 2011-2019-cu illərin “Corolla”, 2011-2013-cü illərin “Matrix”, 2012-2018-ci illərin "Avalon” ve 2013-2018-cü illərdin “Avalon Hibrid” modellərindən gedir.

Xatırladaq ki, sözügedən hava yastıqlarını Yaponiyanın müflis olmuş “Takata” şirkəti istehsal edib. Bu yasıqların vaxtında və normal açılmaması indiyə qədər müxtəlif ölkələrdə 24 ölüm və 300-dən çox yaralanma hallarına səbəb olub. 

Xəbər xətti