Bakının bu ərazilərində su olmayacaq

11:32 - 22 Yanvar 2020 - Xəbər

Magistral kəmərlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 22 yanvar 2020-ci il tarixində gün ərzində Suraxanı rayonu Hövsan kəndi, Bahar və Qum adası yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər xətti