Naməlum koronavirus bu ölkəyə də çatdı

18:21 - 21 Yanvar 2020 - DÜNYA

Yeni tip koronavirusa yoluxma halı Tayvanda da qeydə alınıb.

Məlumata görə, bu virus Çinin Uxan şəhərindən ölkəyə gəlmiş iki qadında qeydə alınıb.

Hər iki qadın karantinə alınıb, onların vəziyyətinin normal olduğu deyilir.

Bundan başqa, naməlum koronavirus Yaponiya, Tailand və Cənubi Koreyada da aşkar edilib.

Qeyd edək ki, Çinin özündə naməlum koronavirusdan ölənlərin sayı 6, yoluxanların sayı isə 291 nəfərə çatıb./trend

 

Xəbər xətti