Deputatlığa namizədlərin sayı 1542-ə çatıb

16:39 - 21 Yanvar 2020 - Xəbər

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 namizəd müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, müraciət edən şəxslərinin 2358 nəfərinin namizədliyi təsdiq olunub. Onlardan 2247 nəfəri isə imza vərəqələrin götürüb. 1774 nəfəri imza vərəqələrin dolduraraq geri qaytarıb və onlardan 1542 nəfər deputatlığa namizəd kimi qeydə alınıb./trend

Xəbər xətti