Rusiya Türkiyəyə S-400 üçün 120-dən artıq raket satıb

08:37 - 21 Yanvar 2020 - DÜNYA

Rusiya Türkiyəyə 120-dən artıq S-400 "Triumf" zenit-raket kompleksləri üçün raket satıb. Trend-in məlumatına görə, bu barədə "TASS"a hərbi-diplomatik mənbə deyib. Mənbə bildirib: "Türkiyə iki S-400 diviziyası, 120-dən artıq zenit raketi, həmçinin köməkçi avadanlıqlar, ehtiyat hissələri və alətlər alıb". Onun sözlərinə görə, razılaşmanın şərtləri Türkiyə tərəfinə texnologiyaların verilməsi nəzərdə tutmurdu. "Rosoboroneksport" mənbə tərəfindən verilən məlumatı şərh etməkdən imtina edib.

Xəbər xətti