Siyəzəndə zəlzələ oldu

22:49 - 20 Yanvar 2020 - ÖLKƏ İÇİ

Bu gün Siyəzən rayonu ərazisində maqnitudası 3.1 olan zəlzələ baş verib. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 20:53-də qeydə alınıb. Zəlzələ Siyəzən stansiyasından 18 kilometr cənub-şərqdə baş verib.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Xəbər xətti