Ucarda yol qəzası olub: bir ailənin 3 üzvü xəsarət alıb - FOTO

18:35 - 20 Yanvar 2020 - HADİSƏ

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb. 1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi "Nissan" markalı minik maşını Rasif Seyidovun idarə etdiyi "VAZ-2106" markalı maşınla toqquşub. Nəticədə sürüsü N.Əliyevin anası, 1948-ci il təvəllüdlü Əsmayə İslam qızı Qasımova, qızları - 2008-ci il təvəllüdlü Fəxri və 2012-ci il təvəllüdlü Şəxri Əliyevalar müxtəlif xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti