Bakıda piyadanı maşın vurub

20:37 - 19 Yanvar 2020 - HADİSƏ

Bakının Nizami rayonunda piyadanı avtomobil vurub.

Hadisə Babək prospektində qeydə alınıb. 1980-ci il təvəllüdlü Mirzəyev Alim Adil oglu yolu keçmək istəyərkən minik maşını onu vuraraq xəsarət yetirib. Yaralı təcili xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı A.Mirzəyevin çanağında əzik, döş qəfəsində travma aşkar olunub.

Qəzanın təfərrüatları araşdırılır./Apa

Xəbər xətti