Rövnəq Abdullayev yenidən AFFA-nın prezidentliyinə namizəd oldu

19:27 - 18 Yanvar 2020 - İDMAN

AFFA-nın prezidenti Rövnəq Abdullayev yenidən bu posta namizədliyini irəli sürüb.

R.Abdullayev AFFA Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Rövnəq Abdullayev 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransda AFFA prezidenti vəzifəsinə namizədliyini verib.

Xatırladaq ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə, 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib./qafqazinfo

Xəbər xətti