Goranboyda yol-nəqliyyat hadisəsi olub

22:28 - 17 Yanvar 2020 - Xəbər

Bakı-Qazax avtomobil yolunda avtomobil qəzası baş verib.


"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə magistral yolun Goranboy rayonunun Dəliməmmədli ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hadisə yerinə Dövlət yol Polisi İdarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Hadisənin təfərrüatları hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti