Rusiyada saxta spirtli içki satan azərbaycanlılar həbs edildi - Foto

18:11 - 16 Yanvar 2020 - HADİSƏ

Rusiyanın Tver vilayətində saxta içki hazırlayan azərbaycanlılar saxlanılıb.

Azərbaycanlılar saxta spirtli içki hazırlamaqla yanaşı, təkrar satış üçün müsadirə olunmuş saxta tütün məhsulları da əldə ediblər.

Saxta spirtli içki hazırlayan üç azərbaycanlıya qarşı cinayət işi açılıb.

İstintaq prosesində məlum olub ki, onlar Moskva vilayətində 2017-ci il avqustun 1-dən 2018-ci il martın 1-dək 12 mindən çox aksizsiz spirtli içki, həmçinin, 6000 paketdən çox aksizsiz tütün məmulatı əldə ediblər.

Daha sonra bu məhsulları satış üçün Tverə göndəriblər.

Onların qanunsuz olaraq satdığı məhsulların dəyəri 3,8 milyon rubl (105,260 AZN) olub.

Qanunu pozan azərbaycanlıların hər biri iki il müddətinə azadlıqdan məhrum edilib və 100 000 rubl (2,770AZN) məbləğində cərimə edilib./oxu.az

 


Xəbər xətti