Kəmalə Ağazadə: “Nərminin anası nəsə bilir, ..."

15:10 - 16 Yanvar 2020 - Cəmiyyət

“Bu nədir biz niyə ölülərdən, fəlakətlərdən ticarət məqsədi ilə istifadə etməyə başlamışıq, biz yaralarımızı satmağamı başladıq. Biz bu hadisəni Elinanın anasında da gördük, indi də Nərminin anası?”.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri Bizimyol.info-ya açıqlamasında "Azərbaycan Uşaqları İctimai Birliyi"nin sədri Kəmalə Ağazadə deyib. Bizim insanlarımızda qəribə xoşagəlməz tendensiya yaranıb. Birinin başına bir qəza gələndə qarşı tərəfdən pul tələb edir. Qəza törədən tərəfin müalicəyə, ölüm baş veribsə yas mərasiminə kömək etməsini anlamaq olar. Lakin, ölənin əvəzində ev, pul, maşın tələb etmək nə deməkdir? Biz nə zamandan ölümüzdən, yaralımızdan pul çıxarmağı öyrəndik, onları satmağı öyrəndik. Mənə belə gəlir ki, o qadının o kənddən çıxıb getmək istəməsinin altında başqa səbəb var. Məncə bu fürsətçilik deyil. Bu xəmir hələ çox su aparacaq. Dövlət başçısı nəzarət altına alıb, yəqin bu məsələ elə belə bitməyəcək, dərindən araşdırılacaq. Səbr edib görəcəyik.

“Balası öldürülən ananın qorxusu nədir? Ordakılar qorxsun, bu hadisəni bilib, təxmin edənlər, bilib susanlar, ört-basdır edənlər qorxsun, çəkinsin.Sənin qorxu dediyin nədir, ay ana? Bəlkə nələrisə bilib ört- basdır edənlərin, sənin üzünə vuracaqları nəsə var? Nədir qorxun?
İnsanın ailəsi, həyatı təhlükədə olanda ev istəmir... müdafiə, mühafizə istəyir... Bəlkə doğrulardan qaçırsan? Bəlkə Nərminin ruhunun o kənddə, o evdə səni qarabaqara gəzib,"ay ana... niyə belə oldu?" sualına cavab verməmək üçün köçürsən?

Amma Nərmin cismən o kənddə qalsa da, ruhən səni hər yerdə izləyəcək, arayacaq”,- deyə o qeyd edib.
“Bilmirəm bəlkə də bu qadını jurnalistlər çaşdırıblar və ya kimsə öyrədib. Amma hər bir halda qorxan adam mühafizə tələb edir, ev yox. Mən bu xəbəri eşidəndən hisslərimi cilovlaya bilmirəm. Bu gedişat məsələnin içərisində qaranlıq məqamların olduğunu düşünməyə əsas verir”- deyə Kəmalə Ağazadə vurğulayıb.

Xəbər xətti