"Windows 7" əməliyyat sisteminin dəstəklənməsi DAYANDIRILDI

"Microsoft" korporasiyası "Windows 7" əməliyyat sisteminin dəstəklənməsi dayandırıb.

"APA-Economics" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bu gündən etibarən kompüterləri qorumaq üçün zəruri olan texniki yardım və bu əməliyyat sisteminin avtomatik yeniləmələri mövcud deyil. "Windows 7" istifadəçilərinə "Windows 10" əməliyyat sisteminə keçmələri tövsiyə olunur.

Qeyd edək ki, Azərbaycanda "Windows 7" əməliyyat sisteminin bazar payı "Microsoft"un digər əməliyyat sistemləri ilə müqayisədə 44,7% təşkil edir və bu məhsul populyarlığına görə ikinci yeri tutur. Birinci yerdə 46%-lə "Windows 10" əməliyyat sistemi, 3-cü yerdə isə bazar payı 6,2% olmaqla "Windows 8.1" qərarlaşıb.

Tarix
14 Yanvar 2020 [13:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-14 13:21:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin