Mingəçevirdə mikroavtobus aşdı: Yaralılar var - Foto

11:55 - 14 Yanvar 2020 - HADİSƏ

Mingəçevirdə mikroavtobus aşıb.

APA xəbər verir ki, hadisə şəhərin “Qələbə” meydanı ərazisində qeydə alınıb.

“Hunday Elantra” markalı maşın 7 saylı xətt üzrə hərəkət edən mikroavtobusla toqquşub.

Toqquşmanın təsirindən mikroavtobus aşıb. 

Qəza nəticəsində 1960-cı il təvəllüdlü Qorçiyeva Lamiyə Aydan qızı, 2004-cü il təvəllüdlü Məmmədova Aydan Elsəvər qızı  və 1996-cı il təvəllüdlü Əhmədova Türkan Talıb qızı xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti