Səkkiz min kilometr uzaqdakı dostunun həyatını belə xilas etdi - Foto

ABŞ vətəndaşı Dia Latora ondan səkkiz min kilometrdən çox uzaqda olan İngiltərədəki dostu Aidan Ceksonun həyatını xilas edib.

Bu barədə Lenta.ru “Liverpool Echo”ya istinadən xəbər verib.

Latora və Cekson internetdə oyun oynadıqları zaman Ceksonu əsməcə tutub. Xırıltı səsləri eşidən qız ondan vəziyyətinin necə olduğunu soruşub, cavab almadıqda onun yaşadığı ünvana təcili yardım çağırıb.

Qızda oğlanın valideynlərinin telefon nömrəsi olmadığına görə onlara xəbər verə bilməyib. Evin birinci mərtəbəsində olan valideynlər ikinci mərtəbədə narahat olan oğullarının vəziyyətini polislər gələndə öyrəniblər.

Hüquq-mühafizə orqan işçiləri onlara ABŞ-dan zəng gəldiyini deyiblər.

Tibbi müdaxilə nəticəsində Ceksonun vəziyyəti yaxşılaşıb.

Anası bildirib ki, oğlu ilk dəfə 2019-cu ilin mayında belə əsməcə keçirib.

Hazırda oğlan xəstəxanaya yerləşdirilib. Oğlanın valideynləri Latoraya xüsusi minnətdarlıq bildiriblər./oxu.az

 

Tarix
13 Yanvar 2020 [15:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-13 15:49:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin