Orxan Camalın qətli ilə bağlı yeni açıqlama: Xəbərdarlıq edilmişdi

Mərkəzi Afrika Respublikasında jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenkonun öldürülməsinin səbəbi qarət olub.

Bu barədə Rusiya İstintaq Komitəsinin sədr müavini İqor Krasnov açıqlama verib.

Onun sözlərinə görə, 30 iyul - qətl günü Orxan Camal və çəkiliş qrupu nəqliyyat vasitəsilə “naməlum kişi” ilə görüşmək üçün Bambari şəhəri istiqamətində hərəkət ediblər. Orxan Camal və yoldaşlarını bu zaman qaradərili dəstə üzvləri saxlayıb, foto və videoavadanlıqları tələb ediblər. Rusiya vətəndaşları buna etiraz ediblər və nəticədə, cinayətkarlar tərəfindən öldürülüblər.

İstintaq Komitəsinin rəsmisi, həmçinin, bu ölkədə gecə səyahət etməyin təhlükəli olması barədə Orxan Camal və yoldaşlarına xəbərdarlıq edildiyini qeyd edib.

“Hücumun şəraiti MAR və ya qonşu ölkələrin sakinləri tərəfindən qətl hadisəsinin qarət məqsədilə törədildiyini göstərir”, - Krasnov bildirib.

Xatırladaq ki, Orxan Camal 31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan “Vaqner” barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib. Rusiyanın tanınmış hərbi jurnalisti, ictimai xadim Orxan Camal görkəmli ictimai-siyasi xadim, islamşünas Heydər Camalın oğludur.

 

Tarix
13 Yanvar 2020 [10:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-13 10:21:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin