“Ölkəmizin inkişafında, Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu yüksəkdir”

18:39 - 8 Yanvar 2020 - KİVDF

Gənclər intellektli, mənəvi zəngin olmalı, ölkəmizi dünyada layiqincə təmsil etməlidir

Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır. Təsadüfi deyil ki, bu gün həyata keçirilən dövlət siyasətin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Ümumiyyətlə, Azərbaycanda gənclər dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir.  Bu sözləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib. Onun sözlərinə görə,  Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın qüdrətli dövlətə çevrilməsi istiqamətində mənəvi cəhətdən sağlam gənclərə böyük inam bəsləyir. “Məhz bu baxımdan ölkəmizdə gənclər üçün ən yüksək şəraitin yaradılması istiqamətində mühüm Dövlət proqramları, strategiyaları qəbul edilir. Eləcə də, ali təhsil müəssisələrində reallaşdırılan islahatlar tələbələr üçün geniş imkanlar açır. Dövlətimizin başçısı hər zaman gənclərə böyük diqqət və qayğı göstərir. Respublikamızın bütün regionlarında gənclərin təhsili və asudə vaxtlarının səmərəli təşkili üçün mühüm işlər görülür. Gənclərin müxtəlif layihələrdə iştirakı, təcrübə mübadiləsi, mənəvi inkişafı, dünyagörüşlərinin artırılması, onlara idarəetmə bacarıqlarının aşılanması kimi vacib meyarları hər zaman diqqət mərkəzində saxlanılır”.

 Seymur Orucov bildirib ki,  “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da bu məqsədə xidmət edir.  Strategiyanın mərkəzində Azərbaycan gənclərinin maraqları yer alıb.  S.Orucov deyib ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, eləcə də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında vacib məsələlər əksini tapıb: “Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədlərin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir”.

Onun sözlərinə görə, Azərbaycan dövləti gənclərin sağlamlığına, mənəvi inkişafına. milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu məqsədə xidmət edir. Bunun nəticəsidir ki. minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edib, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlib. Buna paralel olaraq gənclərin intellektual potensialının artırılması, onların bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində vacib tədbirlər həyata keçirilir. Həmçinin gənclərin keyfiyyətli təhsil alması da diqqət mərkəzindədir. Çünki qloballaşma şəraitində ölkələrin inkişafını təmin edən mühüm faktorlardan biri biliyə əsaslanan iqtisadiyyatın inkişafı, eləcə də cəmiyyətin intellektual səviyyəsinin mütəmadi olaraq artırılmasıdır. Bu məsələdə, şübhəsiz ki, mənəvi cəhətdən inkişaf etmiş proqressiv və dinamik qüvvə olan gənclərin üzərinə böyük öhdəlik və məsuliyyət düşür.

S.Orucov vurğulayıb ki, son zamanlar aparılan kadr islahatlarında gənclərə daha çox üstünlük verilməsi Prezident İlham Əliyevin gənclərə olan yüksək etimadının əyani nümunəsidir. “Hesab edirəm ki, Azərbaycan gəncliyi bundan sonra da dövlət rəhbərliyinin etimadını layiqincə doğrultmalıdır”-deyə, S.Orucov vurğulayıb.
O bildirib ki. ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlqələndirilməsində mühüm rol oynayır.Fəai gənclər isə sağlam, mənəvi inkişaf etmiş gənclərdir, Bu gün hər bir vətənpərvər, mənəvi cəhətdən inkişaf etmiş azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının beynəlxalq miqyasda öz layiqli yerini tutması da gənclərin üzərinə müəyyən vəzifələr qoyur. Belə ki, ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək üçün onların xarici dillərə mükəmməl yiyələnməsi, mənəvi cəhətdən zəngin, vətənpərvər olması və azərbaycançılıq ruhunda tərbiyə edilməsi vacib şərtlərdir. Eyni zamanda, yeni nəslin elmi bacarıqlarının inkişaf etdirilməsi və innovativ fəaliyyətinə dəstək göstərilməsi də zəruridir. Təbii ki, Azərbaycanın uğurları dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də məyus edir. Bu səbəbdən də, ölkəmizin nailiyyətləri artdıqca, buna kölgə salmağa çalışan qüvvələr də müxtəlif tipli qərəzli kampaniyalarla Azərbaycanın beynəlxalq imicinə, uğurlarımıza ləkə yaxmağa çalışırlar. Dünyadakı anti-azərbaycançı mərkəzlər, erməni lobbisi və onların əlində alət olan sapı özümüzdən olar baltalar hər vəchlə ictimai rəyi çaşıdrmağa çalışırlar. Həm xaricdəki dairələr, həm də daxildəki radikal müxalifət sosial şəbəkələr vasitəsilə xalqı çaşdırmağa, səhv, yalan, böhtan xarakterli məlumatlar yayaraq, ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərirlər. Amma onlar heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər. Onların indiyə qədərki məkrli planları fiaskoya uğradığı kimi bundan sonra da belə olacaq. Çünki Azərbaycan cəmiyyəti yetkin bir cəmiyyətdir, gəncəri sağlam dünya görüşə malikdir, mənəvi cəhətdən inkişaf edib. heç bir yalan kampaniya ilə onu doğru yoldan sapdırmaq mümkün deyil. “Bu gün gənclərimiz sosial şəbəkələrdə çox fəaldırlar. Yeni Azərbaycan Partiyasının gənc üzvləri radikal müxalifət düşərgəsinə, eləcə də xaricdə oturub ölkəmizə qarşı qara piarla məşğul olan dairələrə sosial şəbəkələrdə tutarlı cavab verirlər. Onlar bizim gənclərimizin əsaslı faktları, arqumentləri qarşısında acizdirlər”. Bəli. Bu gün dövlətin dəstəyi nəticəsində belə gənclər ortaya çıxır. Gənclərimizin uğurları göz önündədir. Azərbaycanda milli dəyərlərinə bağlı, yeni fikirlərdə aktiv, mənəvi zəngin gənclik formalaşıb.  Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.

Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Xəbər xətti