Roma Papası qadının əlinə vurdu- ÜZR İSTƏDİ - VİDEO

17:20 - 1 Yanvar 2020 - Xəbər

Roma Papası Fransisk Yeni il şənliyi ilə əlaqədar Romanın Müqəddəs Petr meydanında toplaşan katoliklərlə görüşü zamanı bir qadının əlinə zərbə endirib.

APA-nın məlumatına görə, videogörüntü “CBS News” telekanalının “Twitter” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib. Kadrlardan görünür ki, dəmir çəpərin arxasında olan qadın Roma Papasının əlindən tutur. Roma Papası qadının hərəkətinə dərhal reaksiya verir, bir neçə dəfə digər əli ilə qadının əlinə zərbə endirir.

Dərhal olaya Roma Papasının mühafizəçiləri müdaxilə edir.

Hadisədən sonra Roma Papası Fransisk üzr istəyib. Papa Fransisk deyib ki, dözümlülük sevgidir. Müqəddəs Petr meydanında Yeni illə bağlı katoliklərə müraciət edən Roma Papası bildirib ki, bəzən dözümü itiririk: “Dünən də mən dözümü itirmişdim. Buna görə də mən dünənki pis nümunəyə görə üzr istəyirəm”.

 

Xəbər xətti