Üç ay ərzində dəm qazından 106 nəfər ölüb

23 sentyabrdan 13 dekabradək İranda dəm qazından boğulma nəticəsində 106 nəfər dünyasını dəyişib. Trend-in məlumatına görə, bu, İranın Təcili Yardım Təşkilatının hesabatında əks olunub. Hesabata əsasən, qeyd olunan müddətdə 2 328 nəfər dəm qazından boğulub. Bildirilir ki, Tehran vilayətində 489 nəfər, Rəzəvi Xorasanında 258 nəfər, Fars vilayətində 231 nəfər, Şərqi Azərbaycan vilayətində 184 nəfər dəm qazından boğulub. Hesabata əsasən, ən çox ölüm halları Şərqi Azərbaycan vilayətində 13 nəfər, İsfahan vilayətində 12 nəfər və Fars vilayətində 10 nəfər olub. Qeyd olunur ki, 1,7 min nəfər xəstəxana və müalicə mərkəzlərinə çatdırılıb.
Tarix
14 Dekabr 2019 [21:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-14 21:17:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin