Xırdalanda avtomobili əzilən sürücü bıçaqlanıb

22:45 - 13 Dekabr 2019 - HADİSƏ

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə AFF Park yaşayış massivinin qarşısında baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Abuzərov Nurəddin Əmir oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili naməlum şəxs əzib. Buna etirazını bildirən N.Abuzərov həmin şəxs tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti