Ağdamda 3 otaqlı evdə PARTLAYIŞ- 1 nəfər xəsarət alıb

13:02 - 11 Dekabr 2019 - HADİSƏ

Ağdam rayonunda 3 otaqlı evdə partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata görə, Quzanlı qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər xətti