“Qarabağ” – “Düdelanj” oyununun hakimləri açıqlanıb

Avropa Liqasının qrup mərhələsinin son təyinatları açıqlanıb. Dekabrın 12-də baş tutacaq VI turun matçlarının hakimləri müəyyənləşib. Azərbaycan çempionu “Qarabağ”ın cari mövsümdəki son avrokubok matçının ədalət təmsilçiləri də bəlli olub. Tofiq Bəhramov adına Respublika stadionundakı matçı Estoniyadan olan Kristo Tohverin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Oyunun yan xətt hakimləri Silver Koiv, Sten Klaasen, dördüncü hakimi Juri Frişer olacaq. Qeyd edək ki, “Qarabağ” – “Düdelanj” qarşılaşması saat 21:55-də başlayacaq. /Apa
Tarix
10 Dekabr 2019 [15:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-10 15:46:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin