Bakıda bacı və qardaş evdə bıçaqlanıblar

08:15 - 9 Dekabr 2019 - HADİSƏ

Bakıda bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 2001-ci il təvəllüdlü Qafarova Ayşən Əbil qızı və qardaşı, 1994-cü il təvəllüdlü Mənsimov İlkin Əbil oğlu yaşadıqları evdə naməlum şəraitdə bıçaqlanıblar. Yaralılar təcili yardimin köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralıda döş qəfəslərinin bir ədəd kəsilmiş-deşilmiş yaraları aşkarlanıb. Yaralılar cərrahi əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti