Cazibədar müğənni də deputat olmaq istəyir - FOTO

18:55 - 8 Dekabr 2019 - Xəbər

“Papito” mahnısı ilə nəinki Avropada, eləcə də Azərbaycanda məşhurlaşan əslən rumıniyalı müğənni Seya paylaşımı ilə diqqət çəkib.  

Tez-tez Bakıya gələn müğənni Milli Məclisin önündə foto çəkdirib. Həmin şəkli şəxsi “İnstagram” hesabında yayımlayan pop ulduz paylaşımına ingilis dilində: “Mən yeni Azərbaycan Parlamentinə daxil olmaq istəyirəm. Siz necə düşünürsüz?” sözlərini yazıb.

Seya bu addımı izləyicilərini həm güldürüb, həm də təəcübləndirib. Onun bu sözləri eyni zamanda qıcıq da yaradıb.  /Oxu.az


Xəbər xətti