9 yaşlı tələbə: İnsan ömrünü uzatmağı düşünürəm

08:53 - 8 Dekabr 2019 - MARAQLI

Belçika əsilli 9 yaşlı Laurent Simons ən gənc universitet məzunu olacaq. APA BBC-yə istinadən xəbər verir ki, xüsusi istedadı ilə hər kəsi təəccübləndirən Laurent  ibtidai məktəbə 4 yaşında gedib. Laurent Simons başqa şagirdlər kimi, ibtidai məktəbin birinci sinfini bir ilə tamamladı. Növbəti il ərzində isə o, sürət yığaraq, artıq altıncı sinfi bitirdi. O, 6 yaşında ali məktəbə - Hollandiya Universitetinə daxil olub və nəzərdə tutulan 6 illik tədris proqramını cəmi 18 aya başa vurub. Laurent həkim ailəsində doğulub. Özü də tibb üzrə təhsil alıb, doktoranturada oxumaq istəyir. Dekabrın sonunda o, universitetin elektrik mühəndisliyi üzrə diploma sahib olacaq. Lakin ixtisası üzrə elmi dərəcə almaq onun yeganə məqsədi deyil. Laurent süni orqanlar yaratmaq istəyində olduğunu deyir. O, texnologiyanın insana necə xidmət edə biləcəyi ilə maraqlanır. Diplom işinin mövzusu insan beyninə birləşən elektrik çiplə əlaqəlidir. Azyaşlı tələbə hesab edir ki, süni ürək və ya böyrək kimi orqanlar bədənin müəyyən hissəsini əvəzləyə və bununla da donor orqanlarının nəqlinə ehtiyacı aradan qaldıra bilər: "Əslində mənim məqsədim insan ömrünü uzatmaqdır. Nənəm və babam da daxil, başqa insanların ömrünü uzatmaq istəyirəm". Məktəbə getməzdən əvvəl uşağın potensialını ilk aşkar edən məhz Laurentin nənəsi Fariba və babası Hans Simonslar kəşf edib. Atasının sözlərinə görə, oğlu televiziyalardakı çıxışları ilə lovğalanır: “Laurent bəzi günlərdə məktəbə getməyə həvəssiz görünürdü, tənbəlliyə qapılıb vaxtını evdə keçirmək, ya da ki, çimərlikdə oynamaq istəyirdi. Lakin Universitetə gedəndən sonra o, vaxtına daha diqqətli yanaşmağa başladı. O, bazar ertələri kursla bağlı təqdimatlara qatılır. Çərşənbə axşamını laboratoriyada keçirir, çərşənbə günü isə oxumaqla məşğuldu. O, evdə qalıb səkkiz saat ərzində dərs oxuyur. Cümə axşamı fakültədə görüşlər keçirib suallarını verir və cümə günü imtahanlar verir". Fotoqrafik yaddaşla yanaşı, 145 ballıq İQ səviyyəsinin sahibi olan azyaşlı, həmçinin yaxşı təhlil qabiliyyəti ilə seçilir. Laurent də başqa uşaqlar kimi vaxtını çimərlikdə keçirməyə həvəslidir. Xüsusi istedadı nəticəsində məşhurlaşan balaca tələbənin instaqramda 35 mindən çox izləyicisi var.

Xəbər xətti