MSK-nın iclası başladı

14:14 - 7 Dekabr 2019 - Xəbər

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

 MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda növbədənkənar seçkilərə hazırlıq məsələsi müzakirə olunur. Həmçinin iclasda növbədənkənar parlament seçkilərinə hazırlıqla əlaqədar işçi qrupları yaradılacaq, Təqvim Planı təsdiq olunacaq.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.

Xəbər xətti