Dekandan Nazilə Səfərliyə: “Gedin işinizlə məşğul olun” -AÇIQLAMA

14:05 - 7 Dekabr 2019 - Xəbər

“Bizdə belə bir iddia ilə bağlı məlumat yoxdur”. 

Bu fikirləri Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Həsənalıyev Zeynal şairə və qiraətçi Nazilə Səfərlinin instaqram sosial şəbəkəsi vasitəsi ilə həmin universitetdə təhsil alan oğlunun guya Xəzər televiziyasında yayımlanan “Səni axtarıram” sosial verlişinin aparıcısı Xoşqədəm Hidayətqızı tərəfindən izləndiyini, onun haqqında məlumatlar toplatdığını və bundan narahatlıq keçirdiyini iddia edib, eyni zamanda bildirib ki, ali təhsil müəssisəsinin dekanatlığında məlumat var.

SİA BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynal Həsənalıyevdən sözügedən iddia ilə bağlı məlumat öyrənib. Belə ki, dekanın bildirdiyinə görə, ümumiyyətlə, belə bir hadisə olmayıb və iki qadın arasında baş verən məsələnin universitetə də aid edilməsinin tərəfdarı deyil: “Mən heç kimə deməmişəm ki, hər hansı olaydan məlumatlıyam və s. Ümumiyyətlə belə bir şey olmayıb. Çünki mən də Nazilə xanımla telefon əlaqəsi yaratdım, o isə məni tanımadığını, kim olduğumu soruşdu. Əgər onun dekanatlıqla əlaqəsi varsa, necə ola bilər ki, məni tanımasın? Ona görə də dedim ki, ay bala, gedin işinizlə-gücünüzlə məşğul olun, bu boyda təhsil ocağının adını lazımsız məsələlərə qatmayın”.

Dekan həmçinin onu da bildirdi ki, qarşı tərəf universiteti məhkəməyə verəcəyini də deyib: “Məni gülmək tutdu, çünki mənimlə yanaşı müavinlərimiz də bu məsələni araşdırdıq və məlum oldu ki, ümumiyyətlə kimsəyə heç nə deyilməyib. Nazilə xanım dekanatlıqla ümumiyyətlə danışmayıb. Həftənin əvvəlində həmin tələbəni yanıma dəvət edib ondan izahat istəyəcəyəm və onun izlənmək və s. kimi iddialarını araşdıracağam”./Sia.az

Xəbər xətti