Goranboy Rayon İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi təyin edilib.  
Bu vəzifəyə Elçin Xanlar oğlu Cahangirov təyinat alıb. Goranboy Rayon İcra Hakimiyyətindən Oxu.Az-a təyinatı təsdiqləyiblər.
Xatırladaq ki, E.Cahangirov iyul ayında Goranboy Rayon İcra Hakimiyyətinin birinci müavini vəzifəsindən azad edilmişdi. 
                       
                                             
                                                        
