Deputatın dəfninin gecikmə səbəbi AÇIQLANDI

"Dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması bizim adət-ənənəyə uyğun deyil".

Ucnoqta.az xəbər verir ki, bunu "Report"a açıqlamasında ötən gün vəfat edən deputat Yevda Abramovun qızı Bəsti Yusifova deyib. "Ona görə də atamın dəfn mərasimi bazar günü, yəni dekabrın 8-də keçiriləcək", - deyə mərhum deputatın qızı bildirib.

*** 09:42

Milli Məclisin ötən gün vəfat edən deputatı Yevda Abramov doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində dəfn olunacaq. Bunu Yevda Abramovun qızı Bəsti Yusifova deyib.

O bildirib ki, atası ilə vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Quba rayonunun Mədəniyyət evində keçiriləcək.

Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı Qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, bir neçə ildir xərçəng xəstəliyindən müalicə olunurdu./report

Tarix
7 Dekabr 2019 [10:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-07 10:15:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin