Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var

19:15 - 6 Dekabr 2019 - HADİSƏ

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəndob-Yalama yolunun Xaçmazın Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “TIR" markalı yük maşını ilə "Priora" markalı nəqliyyat vasitəsi toqquşub.  Qəza nəticəsində minik maşınının sürücüsü və sərnişini ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. /Apa

Xəbər xətti